İstanbul Cümhuriyyət Baş Prokurorluğunun koordinasiyası ilə aparılan narkotik istintaqı çərçivəsində keçirilən əməliyyatda 23 nəfər saxlanılıb.
Haberler.com-un məlumatına görə, məhkəməyə çıxarılan şübhəlilərdən 9 nəfər həbs edilib. Həbs olunanlar arasında media sektorunun tanınmış rəhbərlərindən Murat Saygı da var.
İstintaq çərçivəsində saxlanılan bir sıra tanınmış şəxslərdən bəziləri məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Murat Saygı barəsində isə həbs qərarı verilib.
Əməliyyat çərçivəsində saxlanılan şübhəlilər Ədli Tibb Qurumuna aparılaraq onlardan qan və saç nümunələri götürülüb. Polis idarəsindəki prosedurlardan sonra məhkəməyə çıxarılan şübhəlilərlə bağlı qərar açıqlanıb.
Murat Saygı kimdir?

Türkiyə media sektorunun önəmli simalarından biri kimi tanınan Murat Saygı karyerasına bank sektorunda başlayıb. Daha sonra media sahəsinə keçən Saygı Show TV və Kanal D kimi Türkiyənin aparıcı televiziya kanallarında rəhbər vəzifələrdə çalışıb.
Televiziya yayımı və kontent istehsalı sahəsində uzun illər fəaliyyət göstərən Saygı daha sonra Medyapım şirkətində CEO kimi işini davam etdirib.
Gül Gölge ilə 11 il evli qalıb
Murat Saygının şəxsi həyatı da uzun illər magazin gündəmində olub. O, 2007-ci ildə aktrisa və aparıcı Gül Gölge ilə ailə qurub.

Cütlüyün bu evlilikdən Ali və Emir adlı iki övladı dünyaya gəlib. Lakin 11 il davam edən evlilik 2018-ci ildə qarşılıqlı razılaşma əsasında başa çatıb.
İstintaq çərçivəsində 9 nəfər həbs edilib
Həbs olunan şəxslərin siyahısı belədir:
- Tolga Çam
- Murat Saygı
- Enis Ahmet Onat
- Emre Tari
- Hasan Vatan
- Reyhan Küçükyeğen
- Mehmet Yıldız
- Tessy Ramos Correia
- Eren Yorulmaz

