Avqustun 14-də İordaniya kral cütlüyünün böyük qızı Şahzadə İman əkiz qız övladlarını dünyaya gətirib. Körpələrə Taliya və Raniya adları verilib. Qızlardan birinə nənəsi, İordaniya kraliçası Raniyanın adı qoyulub.
Bir neçə gün sonra kral ailəsi nəvələri ilə ilk görüş anlarından görüntüləri paylaşıb. Kraliça Raniya “Instagram” hesabında duyğusal fotolar yayımlayıb.

Kraliça paylaşımında belə yazıb:
“Sağlam, xoşbəxt və nəhayət buradasınız! Taliya və Raniya, sizinlə görüşməyi çoxdan gözləyirdik. ♥️♥️ İmanı, Cəmili və onların sevimli böyük qızı Aminanı təbrik edirik!”
Əkiz qızlar Şahzadə İman və həyat yoldaşı Cəmil Termiotisin ikinci və üçüncü övladlarıdır.
Cütlüyün daha bir qızı – Şahzadə Amina var. O, 2025-ci ilin fevralında dünyaya gəlib.

