23 
iyn
2023
16:10
273

Deputat “bizi elə günə qoyurlar ki, danışmağa qorxuruq” dedi, spiker ETİRAZ ETDİ

23 iyn, 2023
16:10
273

Deputat “bizi elə günə qoyurlar ki, danışmağa qorxuruq” dedi, spiker ETİRAZ ETDİ

“Üzümü tuturam Baş nazir Əli Əsədova, dolu yağdığına görə camaat 10-15 min manatlıq ziyana düşüb. İndi bu camaat nə etsin? Səhv edib vaxtında sığorta etməyiblər, amma biz onları taleyin ixtiyarına buraxmamalıyıq, nə isə etməliyik”. 

Den.az xəbər verir ki, bu fikirləri deputat  Aqil Abbas Milli Məclisin iclasında deyib.

Millət vəkili qeyd edib ki, bununla bağlı dövlət büdcəsinə baxmaq olar: “Bu məsələ həll olunmasa, o şəxslərin hamısı ailəsini dolandırmaq üçün məcbur Bakıya gələcək”. 

Aqil Abbasın sözlərinə görə, deputatlar danışmağa qorxur: “Mətbuatda bizi elə günə qoyurlar ki, danışmağa qorxuruq. Ağıllı fikirlər, xalqın mənafeyinə uyğun bir söz desək də yenə əleyhimizə istifadə edəcəklər, söyəcəklər. Söyüdlü hadisələri zamanı danışan deputatlar hazırda söyülür”.

Spiker Sahibə Qafarova isə bildirib ki, parlamentdə söz deməkdən qorxan deputat yoxdur. Qafqazinfo 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar