Səudiyyə Ərəbistanı İran və Omanın Hörmüz boğazında gəmiçilik marşrutları ilə bağlı təklifinə düzəlişlər edib.
“Axios”un müxbiri Barak Ravid ABŞ rəsmisinə istinadən bildirib ki, Ər-Riyad hesab edir: mövcud təklif Hörmüz boğazında yeni status-kvonun faktiki olaraq rəsmiləşdirilməsinə gətirib çıxara bilər.
Məlumata görə, bazar ertəsi Omanın Salala şəhərində Fars körfəzi ölkələrinin nümayəndələri bir araya gələrək gəmiçilik marşrutları ilə bağlı əldə olunan razılaşmaları açıqlamalı idilər. Lakin görüş qeyri-müəyyən müddətə təxirə salınıb.
Ravidin mənbəsinin sözlərinə görə, Səudiyyə Ərəbistanı və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının digər üzvləri Hörmüz boğazında yeni statusun möhkəmləndirilməsini qəbuledilməz hesab edirlər.

