Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Çində keçirilən İctimai Təhlükəsizlik Sahəsində Əməkdaşlıq üzrə V Qlobal Forumda iştirak edib.
Forum çərçivəsində Əli Nağıyev Çinin ictimai təhlükəsizlik naziri Van Syaohunla görüşüb.
Görüş zamanı terrorizmlə, transmilli cinayətkarlıqla və telekommunikasiya sistemlərindən istifadə etməklə törədilən dələduzluq halları ilə mübarizə məsələləri müzakirə olunub.
Görüşün yekununda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ilə Çinin İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizliyin təmin olunması sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

