17 
iyl
2023
11:57
132

MİQ üzrə növbəti apellyasiya müraciətlərinə START VERİLDİ

17 iyl, 2023
11:57
132

MİQ üzrə növbəti apellyasiya müraciətlərinə START VERİLDİ

Müəllimlərin işə qəbulu müsabiqəsinin ingilis dili, təsviri incəsənət, rus dili, biologiya, rus dili və ədəbiyyat, texnologiya, alman dili fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə başlanılıb.

Bu barədə Den.az-a Təhsil Nazirliyindən məlumat verilib.


Bildirilib ki, imtahanlarda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin məzmunu ətraflı şəkildə qeyd olunmalıdır.

“Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək”, – məlumatda qeyd edilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar