Xəbər verirldiyi kimi ötən gün axşam saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində qətl hadisəsi baş verib.
"Den.az" xəbər verir ki, 1987-ci il təvəllüdlü Mürvət Əliyev və 1989-cu il təvəllüdlü Seymur Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, 1978-ci il təvəllüdlü Rəşad Əbilovun isə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon prokurorluğundan bildirilib ki, araşdırma zamanı şəxalərin Saray qəsəbəsi ərazisində şadlıq evində toy məclisindən çıxdıqda mübahisəsi düşüb. Bıçaqlaşma Parkda davam etdirilib. Aralarında yaranmış mübahisə zamanı qeyd olunan şəxslərin bir-birinə bıçaqla xəsarətlər yetirməsi və Rəşad Əbilovun aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisə zamanı Seymur Hüseynov saxlanılıb. Mürvət Əliyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.
Qeyd edək ki, bıçaqlaşmada iştirak edən şəxslər kriminal aləmin üvləri olduğu bildirilir...