Sentyabrın 29-u saat 23 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 36 yaşlı Mürvət Əliyev və 34 yaşlı Seymur Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, 45 yaşlı Rəşad Əbilovun isə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon Prokurorluğundan Den.az-a verilən xəbərə görə, araşdırma zamanı aralarında yaranmış mübahisə zamanı qeyd olunan şəxslərin bir-birinə bıçaqla xəsarətlər yetirməsi və Rəşad Əbilovun aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
***
Saat: 10:20
Sumqayıtda dava zamanı ölən və yaralananların kimliyi bilinib.
Den.az xəbər verir ki, hadisə şəhərdəki şadlıq evlərinin birində baş verib.
Toyda iştrak edən 36 yaşlı Əliyev Mürvət Fariz oğlu, 34 yaşlı Hüseynov Seymur Baloğlan oğlu və 45 yaşlı Əbilov Rəşad Firuz oğlu arasında naməlum səbəbdən mübahisə yaranıb. Tərəflər mübahisəni həll etmək üçün Abşeron rayonunda yerləşən parklardan birinə gəliblər. Burada münaqişə bıçaqlanmaya çevrilib. Nəticədə onların hər üçü bıçaq xəsarəti alıb.
R. Əbilov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
Saat: 00:17
Sumqayıtda şadlıq evində başlayan dava Abşeronda bıçaqlanma ilə bitib.
Den.az xəbər verir ki, hadisə Abşeron rayonu ərazisində, hələlik ünvanı dəqiq bilinməyən parkda baş verib.
3 nəfər tanış Sumqayıtda şadlıq saraylarının birində toy məclisində mübahisə ediblər. Mübahisəni davam etdirən tanışlar, Abşeronda parkda bir-birini bıçaqlayıb. Yaralananlardan 1-i ölüb, ikisi isə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.
Sumqayıtda toyda DAVA: ölən var - YENİLƏNİB

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.