26 
dek
2023
21:50
281

Bu uşaqlara şaxta baba və qar qız hədiyyələr gətirdi-FOTO/VİDEO

26 dek, 2023
21:50
281

Bu uşaqlara şaxta baba və qar qız hədiyyələr gətirdi-FOTO/VİDEO

Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda mübarizəyə səfərbər edən Həmrəylik Günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımız, hər il Dekabrın 31-ni Dünya Azəbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edirlər.

Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Məmmədli kənd 10 saylı körpələr evi-uşaq bağçasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.


Tədbirdə bağçanın pedeqoji kollektivi , Abşeron Xızı Regional Təhsil İdarəsinin əməkdaşı Günay Rzayeva, Məmmədli kənd tam orta məktəbin direktoru Könül Hüseynova, Novxanı kənd 28 saylı körpələr evi-uşaq bağçasının müdiri Səfa İbrahimova iştirak ediblər. 
Bayram münasibətilə bağçanın hər bir guşəsi al-əlvan şəkildə bəzədilərək göz oxşayıb.Gül balaların hazırladıqları biri-birindən rəngarəng çıxışlar maraqla qarşılanıb.Fidan balalara Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi və əhəmiyyəti barədə geniş məlumat verilib.Uşaqlar günün əhəmiyyətini doya-doya yaşayıb və əyləniblər.
Çıxış edən bağçanın müdiri Vəfa Rəsulova qeyd edib ki, uşaqlar üçün belə tədbirlərin təşkili onların inkişafına və dünyagörüşünün formalaşmasına müsbət təsir göstərir.Abşeron Xızı Regional Təhsil İdarəsinin əməkdaşı Günay Rzayeva, Məmmədli kənd tam orta məktəbin direktoru Könül Hüseynova, Novxanı kənd 28 saylı körpələr evi-uşaq bağçasının müdiri Səfa İbrahimova isə çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə hər kəsi təbrik ediblər. Bildirilib ki, bu günün qeyd olunması dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bütün bu naliyyətlərin əsasında ümummilli lider Heydər Əliyevin formalaşdırdığı siyasi kurs dayanır.Prezident İlham Əliyev ümummilli liderimizin müdrik siyasi kursunu layiqincə davam etdirərək Azərbaycanın dünyanın yüksək inkişaf etmiş ölkələri sırasına çıxması naminə fədakarlıq nümunəsi göstərir.


Sonda şaxta baba və qar qızın gəlişi tədbiri daha yadda qalan etdi.Onlar gətirdikləri hədiyyələri uşaqlara təqdim edib, onlarla oyun oynadılar.


Şahnaz Əliyeva

Denaz.TV

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar