Sosial şəbəkələrdə kirayə müqaviləsi bağlamayanların cərimələndiyinə dair məlumatlar yayılıb. Bildirilir ki, mənzildə kirayə qalan zaman müqavilə bağlanmadıqda ev sahibi 800, evdə qalan şəxslər isə 50 manat ödəməli olur. Bəs əslində proses necədir?
Den.az xəbər verir ki, hüquqşünas Emil Aslanov "Xəzər Xəbər"ə bildirib ki, mülki qanunvericiliyə əsasən, müəyyən olunan vergilər ev sahibi tərəfindən ödənilmədikdə cərimə tətbiq oluna bilər.
Onun sözlərinə görə, kirayə müqaviləsi olmadıqda kirayəçi yox, ev sahibi cərimələnir.
Daxili İşlər Nazirliyindən isə bildirildi ki, vətəndaş qeydiyyatda olduğu ərazidən uzaqda 60 gündən artıq yaşayarsa və bu barədə nazirliyə məlumat verməzsə, barəsində inzibati tənbeh tədbiri görülür.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsinə əsasən, qeydiyyatdan çıxmaqla bağlı qaydalara əməl etməyən vətəndaşları 30 manat məbləğində cərimə gözləyir.
Ev sahibi və kirayədə qalanlar CƏRİMƏLƏNƏ BİLƏR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.