Abşeron rayonunda küçə və prospektlərin abadlaşdırılması üzrə işlər sürətlə davam edir.
Den.az xəbər verir ki, bu çərçivədə, Saray qəsəbə bələdiyyəsi tərəfindən Mehdi Hüseynzadə küçəsində yolların təmiri həyata keçirilir.
Hazırda küçə boyunca texnika və canlı qüvvə cəlb olunub. Ərazidə yaşayan sakinlərin əl əməyi də bu işə töhfə verir.
Bələdiyyə sədri, şəhid atası Nizami Zalov, bu layihənin mərhələli şəkildə davam edəcəyini və bir dənə də təmirsiz küçə qalmayacağını vurğulayıb. Zalovun sözlərinə görə, bu addımlar bölgənin infrastrukturunu yaxşılaşdırmaq və sakinlərin həyat keyfiyyətini artırmaq məqsədi daşıyır.
Bu abadlaşdırma layihəsi sakinlər arasında böyük məmnuniyyətlə qarşılanır və onların dəstəyi ilə daha da genişlənir. Bölgədəki hər bir küçənin yenilənməsi, rayonun ümumi görünüşünü və sakinlərin rahatlığını əhəmiyyətli dərəcədə artıracaq.
Ellada Rəsul
Den.az