Son illər həyata keçirilən abadlıq və yenidənqurma işlərinin miqyası ilə Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilən, həm xarici qonaqların, həm də yerli sakinlərin gözünü oxşayan Sumqayıtda təmizlik işləri davam etdirilir. Bir vaxtlar sənaye şəhəri olan, fabrik və zavodların tullantıları ilə çirkləndirilən Sumqayıtdan demək olar ki, əsər-əlamət qalmayıb. Xüsusilə, həyatını və fəaliyyətinin böyük hissəsini Sumqayıtla bağlayan Zakir Fərəcovun icra başçısı təyin olunmasından sonra şəhərdə görülən işlərin miqyası ölçüyə gəlməz dərəcədə artdı. Binaların dam örtüklərinin, fəsadlarının yenilənməsi, yolların asvaltlanması, küçələrin beynəlxalq standarlara uyğun abadlaşdırılması, park və xiyabanların təmir edilməsi, yaşıllıq zolaqlarının salınması Sumqayıtın arxitekturasının ən müasir səviyyəyə uyğun dəyişilməsinə səbəb oldu. Prezident İlham Əliyev tərəfindən "Möcüzə" adlandırılan Bulvarın yaradılmasını isə görülən işlərin kuliminasiya nöqtəsi hesab etmək mümkündür.
Bu gün də öz gözəlliyi ilə göz oxşayan Sumqayıtda abadlıq və təmizlik işləri davam etdirilir. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyəti rəhbərliyinin tapşırıqlarına uyğun olaraq şəhərin Səməd Vurğun küçəsinin sənaye zonasına düşən hissəsində iməclik aksiyası keçirilib. İməclik aksiyası zamanı Sumqayıt Mənzil Kommunal Təsərrüfat Birliyinin ərazi üzrə əməkdaşları, eləcə də xüsusi texnikalar əraziyə cəlb olunub. Ağacların dibi alaq otlarından təmizlənib, məişət tullantılarının daşınması həyata keçirilib, hasarlar rənglənib. Eyni zamanda aöğaclara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, Sumqayıtda bu cür iməclik aksiyaları mütəmadi şəkildə təşkil olunur və belə tədbirlərin şəhərin müxtəlif küçə və prospektlərində həyata keçirilməsi nəzərdə tutulur.
Den.az