dek
2023
18:53
256

Saray qəsəbəsində Mikayıl Müşfiq küçəsi əsaslı şəkildə təmir edilib-FOTO/VİDEO

4 dek, 2023
18:53
256

Saray qəsəbəsində Mikayıl Müşfiq küçəsi əsaslı şəkildə təmir edilib-FOTO/VİDEO

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün yollarda aparılan təmir işləri sürətlə davam etdirilir. 

Qısa vaxt ərzində Abşeron rayonunun Saray qəsəbəsində uzunluğu 2026 metr, eni 8.40 metr təşkil edən Mikayıl Müşfiq küçəsinin təmiri artıq yekunlaşıb. 

 
Bu barədə "Denaz.Tv"-ə Abşeron rayon İcra Hakimiyyətindən məlumat verilib.


Sözügedən küçə uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yolboyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə xüsusən payız-qış mövsümündə gediş-gəlişdə problemlərə səbəb olurdu.
Təmir işləri çərçivəsində yolboyu köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri görülüb. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Artıq layihə çərçivəsində küçədə asfalt-beton örtüyünün döşənməsi yekunlaşıb.
Layihənin sonuncu mərhələsi olaraq avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə verilib.


Bütün bu işlər Abşeron rayon İcra Hakimiyyətinin sifarişi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb. 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar