Uzun müddət qəzalı halda olan Saray körpüsündə söküntü işləri başa çatdıqdan sonra təmir və tikintisi uğurla davam edir.
Bununla əlaqədar yerli sakinlərin yolları dəyişdirilib. Onlar mənzil başına çatmaq üçün daha çox vaxt sərf etməli olurlar. Elə buna görə də sakinləri maraqlandıran məqamlar var: Saray körpüsündə aparılan təmir və tikinti işləri nə vaxt yekunlaşacaq?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Den.az-a açıqlamasında bildirib ki, hazırda tikinti işləri sürətlə davam edir:
“Artıq körpünün tikinti işləri başlanılıb. Hazırda körpüdə betonlama aparılır. Qısa müddət ərzində çalışılacaq ki, ərazidə bütün işlər yekunlaşdırılsın”.
Qeyd edək ki, Saray körpüsünün aprel ayında tam istifadəyə verilməsi nəzərdə planlaşdırılıb.
Saray körpüsü bu tarixdə AÇILACAQ-RƏSMİ AÇIQLAMA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.