Abşeron rayonun Saray qəsəbəsindən Ceyranbatana, eləcədə əks istiqamətdə olan yolda sakinlər üçün böyük təhülkə yaranıb. Yolun bəzi hissələrində küçə işıqlandırılması yoxdur. Bəzi yerlərdə isə elektrik dirəklərində qısa qapanma olur.
Bu barədə Den.az-a mövcud yoldan hər gün istifadə edən sakinlər bildiriblər.
Onların sözlərinə görə, yol qaranlığa qərq olub. Halbu ki, küçə işıqlandırılması var. Lakin bəzi hissələrdə işləmir. İşlək olan yerlərdə isə işıq dirəkləri təhlükə saçır. Hər an qısaqapanma və partlayış ola bilər. Bu da ərazidə yaşayan eləcədə bu yoldan istifadə edənlər üçün ciddi təhlükə hesab olunur.
Sözügedən yoldan çəkilmiş videonu sizə təqdim edirik:
Saray-Ceyranbatan yolunda böyük TƏHLÜKƏ: Hər an partlayış ola bilər-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.