Abşeron rayonun Masazır kəndi günü gündən inkişaf edir.
Ümumiyyətlə, Abşeronun hər qarışının, eləcə də Masazır qəsəbəsinin nə qədər gözəlləşdiyini və burada görülən işlərin miqyasını görmək üçün adıçəkilən əraziləri qarış-qarış gəzmək lazımdır. Bəli, Regionların sosial-iqtisadi inkişaf planının icrası Abşeron rayonunda da sürətlə həyata keçirilir. Masazır qəsəbəsi isə bu baxımdan xüsusilə fərqlənir. Belə ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının tapşırıqlarına uyğun olaraq qəsəbə icra nümayəndəliyi və bələdiyyəsi tərəfindən ölçüyəgəlməz dərəcədə böyük işlər görülür. Bir vaxtlar keçilməz hesab edilən yollara asvalt örtüyü döşənir, bəzi küçələrdəki yollara qum və çınqıl daşları tökülərək asvaltlanma işlərinə hazır vəziyyətə gətirilir, qəsəbənin təmizliyini qorumaq üçün zibil yeşikləri alınır, yaşayış binalarının fasad örtükləri yenilənir, ağaclar budanır və yaşıllıq zolaqları salınır. Bütü bunlar isə sakinlər tərəfindən böyük razılıqla qarşılanır.
Abşeronun böyük qəsəbələrindən hesab edilən Masazırda görülən abadlıq və quruculuq işləri burada yaşayan sakinlərin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Qəsəbənin bütün aidiyyatı qurumları MAsazırın daha da abadlaşması, bura gələn qonaqlarda xoş təəssürat yaratması üçün yorulmadan çalışır. Görülən işlərin və çəkilən zəhmətin nəticəsidir ki, qəsəbəyə ayaq basan hər kəs burada yaradılan infrastrukturdan, təmizlikdən və göz oxşayan gözəllikdən məmnunluğunu gizlətmir.
Görülən işlərin və həyata keçiriilən tədbirlərin nəticəsi olaraq Masazırın tezliklə şəhər statusu alacağına heç bir şübhə yoxdur. Çünki qəsəbə son zamanlar o qədər sürətlə abadlaşır və inkişaf edir ki, hətta iri şəhərlərin infrastrukturunu da kölgədə qoymağı bacarır. Bütün bunlar isə sözsüz ki,ölkə başçısının regionların inkişafı ilə bağlı verdiyi tövsiyə və tapşırıqların rayon rəhbərliyi tərəfindən yüksək səviyyədə icra edilməsinin nəticəsidir.
Günü-gündən gözəlləşən Masazırdan geniş VİDEOREPORTAJ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.