Son illər Abşeron rayonunun kənd və qəsəbələri günbəgün gözəlləşir və inkişaf edir. Rayonda yeni, modern infrastruktur layihələri həyata keçirilir, Küçələr, yollar, parklar abadlaşdırılır. Görülən işlər Abşeronun qədim yaşayış məntəqələrindən biri olan Saray qəsəbəsindən də yan keçmir. Belə ki, Sarayda son zamanlar aparılan abadlıq və quruculuq işləri geniş vüsət alıb. Burada həyata keçirilən ən böyük işlərdən biri kimi qəsəbənin mərkəzində yerləşən "Şəhidlər" kompleksinin abadlaşdırılmasını göstərmək olar. Eyni zamanda Vəli Axundov, İlqar Əmiraslanov və digər əsas keçə və prospektlərin asvaltlanması, məhəllədaxili yollara qum və çınqıl daşlarının səpilməsi, vaxtaşırı iməcliklərin keçirilərək məişət tullantılarının təmizlənməsi, bəzək ağaclarının, dekorativ gül və kolların əkilməsi, səkilərin rənglənməsi, kanalizasiya xəttlərinin çəkilməsi və ya yenilənməsi görülən işlərin bariz nümunəsi sayıla bilər.
Qeyd etmək lazımdır ki, Abşeronun digər kənd və qəsəbələri kimi Sarayda da şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına xüsusi diqqət və qayğı ilə yanaşılır. Bunun bariz nümunəsi sözdə deyil, əməldə də özünü biruzə verir. Belə ki, Xüsusi əlamətdar vaxtlarda, "Novruz" və "Yeni İl" bayramlarında, eləcə də anım günlərində şəhid ailələri və qazilər yad olunur, onlara bayram sovqatları verilir, məzarları ziyarət edilir. Terror şəhidi Səbuhi Hüseynovun xatirəsinin yad edilməsi və onun mərmərdən hazırlanan barelyefinin qəsəbədəki Şəhidlər Xiyabanına qoyulması şəhidlərə göstərilən xüsusi diqqət və qayğıdan xəbər verir. Ümumiyyətlə, Abşeron rayonunda şəhid ailələri, qazilər və müharibə veteranları təkcə əlamətdar günlərdə deyil, hər zaman yad edilir. Onların qayğıları hər zaman rayon rəhbərliyinin diqqət mərkəzində olur.
Bir sözlə, Abşeron rayon İcra Hakimiyyəti rəhbərliyinin tövsiyə və tapşırıqları Saray qəsəbə icra nümayəndəliyi və bələdiyyəsi tərəfindən uğurla icra olunur. Sakinlərin sosial rifahının yaxşılaşdırılması, onların fasiləsiz olaraq su, qaz və elektrik enerjisi ilə təmin olunması üçün bütün lazımı addımlar atılır. Buna misal olaraq Saray qəsəbəsində qaz xəttlərinin, elektrik naqillərinin yenilənməsini, fasiləsiz içməli su təminatının yaxşılaşdırılması üçün boruların dəyişdirilməsini qeyd etmək olar. Eyni zamanda küçələrin işıqlandırılması da Saray qəsəbəsinin aidiyyatı qurumları üçün prioritet təşkil edir. Bu məqsədlə yeni işıq dirəkləri quraşdırılır və küçələrin xüsusən axşam saatlarında normal işıqlandırılması həyata keçirilir. Bəli, Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi bütün qüvvələri səfərbər edərək Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olmağa çalışır. Bütün adılan addımlar və çəkilən zəhmət isə yalnız və yalnız sakinlərin rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Abşeronun Saray qəsəbəsi necə inkişaf edir? - VİDEOREPORTAJ
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.