apr
2024
20:51
680

Abşeron rayonunda şəhid Vidadi Zalovun anım tədbiri keçirilib-VİDEO

9 apr, 2024
20:51
680

Abşeron rayonunda şəhid Vidadi Zalovun anım tədbiri keçirilib-VİDEO

Abşeron rayonunda şəhid Vidadi Zalovun  anım tədbiri keçirilib. 

Den.az xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Abşeron Rayon Mərkəzi Xəstəxanası “Publik hüquqi şəxsin” direktoru, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları,  YAP Abşeron  Rayon Təşkilatının sədri, Abşeron RİH Yanında İctimai Şuranın sədri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə şəhidimizin Saray qəsəbə Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Daha sonra anım tədbiri şəhid Vidadi Zalovun əvvəllər təhsil aldığı Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə davam etdirilib. Burada dövlət himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda şəhidlik zirvəsində ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Şəhid Vidadi Zalovun həyat və döyüş yolundan bəhs edən sənədli film nümayiş olunub. 
Tədbirdə çıxış edən RİH başçısı Abdin Fərzəliyev Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Ramazan bayramı təbrikini tədbir iştirakçılarının diqqətinə çatdırıb. RİH başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti sayəsində regionda yeni reallıqlar yaranıb. Bu reallıqlarda Azərbaycanın diktə edən tərəf olduğu, ölkəmizin milli maraqlarının ən yüksək səviyyədə qorunduğunu vurğulayan RİH başçısı dövlətimizin sülh tərəfdarı olduğu, atılan bütün addımların da mehriban qonşuluq və beynəlxalq hüququn prinsiplərinə söykəndiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. 
Şəhid Vidadi Zalovun həyat və fəaliyyətinin gənc nəsil üçün örnək olduğunu, onun cəsarətinin, hünərinin və döyüş yolunun təbliğinin vacibliyini qeyd edən Abdin Fərzəliyev bildirib ki, şəhidlərimizin, o cümlədən rəşadətli ordumuzun sayəsində bu gün Qarabağda yenidən həyat canlanıb. 
Sonra şəhid Vidadi Zalovun atası, Abşeron Ağsaqqallar Şurasının sədri Nizami Zalov çıxış edərək bildirib ki, oğlu hər zaman vətəni, onun bütövlüyü üçün çalıb. Oğlunun bir həbçi kimi daima qaynar nöqtələrdə xidmət etdiyini vurğulayan N.Zalov bildirib ki, bu gün ölkəmizin müdafiə qabiliyyəti ən yüksək səviyyədədir və ordumuz bundan sonra da baş verəbiləcək düşmən təxribatlarının qarşısı hər an almağa qadirdir. 
Daha sonra tədbirdə digər çıxış edənlər, şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətlərdən və  şücaətlərdən bəhs edib, xatirələrini danışıblar. Ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Sonda şəhid Vidadi Zalovun oğlu Nizami Zalov və 2 nömrəli tam orta məktəbin şagird kollektivi şəhidlərə, vətənə və qələbəyə aid şeirlər səsləndiriblər. 

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar