Abşeron rayonunun Digah qəsəbəsində yerləşən Bakıxanov və Xəqani küçələrində artıq iki ildən çoxdur ki, həlli vacib olan kanalizasiya problemi mövcuddur. Yağış və qurunt suları küçələri keçilməz vəziyyətə salıb, evləri basır və bu da ərazidə yaşayan sakinlərinin gündəlik həyatını iflic vəziyyətinə gətirib.
Söhbət sadəcə məişət çətinliyindən getmir – burada 500-dən çox ailə artıq birbaşa sanitar və fiziki təhlükə ilə üz-üzədir. Sakinlər hazırda evlərini qorumağa çalışırlar.
Xüsusilə yağışlı günlərdə vəziyyət kritik həddə çatır. Daha pisi odur ki, suyun bir hissəsi evlərin zirzəmilərinə və bəzən içərisinə qədər daxil olur. Sakinlər bildirir ki, yağış və qurunt sularının çoxalması göldə suyun səviyyəsini artırıb. Kanalizasiya sisteminin olmaması təkcə məişət çətinliyi yaratmır, həm də epidemioloji təhlükə formalaşdırır. Aidiyyatı qurum olan Su Ehtiyatları Agentliyi isə nədənsə hələdə susur. Yalnız ərazidə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəmiz yoxdur ifadəsi ilə kifayətlənirlər. Yəni konkret ciddi addım atmaq fikirləri yoxdur. Daha doğru desək sakinlərin necə və nəcür şəraitdə yaşaması bu qurumu maraqlandırmır. Sakinlərin sözlərinə görə, su basma halları baş verən gündən bu günə kimi onların yanında yalnız Digah qəsəbə bədəiyyəsinin rəhbərliyi olub. Belə ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq ərazi diqqət mərkəzində saxlanılır. Gölün suyun səviyyəsinə uyğun olaraq bənd bərkitmə işləri həyata keçirilib. Yola ağır texnikalar cəlb olub ki, iri həcimli su hövzəsi daşaraq evləri və insanların həyatı üçün təhlükə yaratmasın.
Məsələnin ciddiliyi ondan ibarətdir ki, burada tək-tük evlərdən deyil, bütöv iki küçənin, yüzlərlə ailənin yaşadığı bir ərazidən söhbət gedir. Hazırda hər iki küçədə Digah qəsəbə bələdiyyəsi tərəfindən texnikalar vaistəsi ilə xüsusi bəndlər qurulur. Bununla yanaşı digər ərazilərdə xüsusi quyular qazılıb ki, göldən axan sular məhz evlər istiqamətində deyil həmin quyuya daxil olsun.
"Əslində bu tip ərazilər üçün kanalizasiya şəbəkəsinin çəkilməsi mümkündür və ciddi texniki problem də yoxdur. Amma məsələ odur ki, vəsait ayrılmayanda və prioritet sıralamasında geri qalandırsa, sakinlər illərlə gözləməli olurlar. Bu da sosial narazılıq və ekoloji fəlakətə gətirib çıxarır." Digah qəsəbəsində sakinlərin illərdir üzləşdiyi daha bir problem isə demək olar öz həllini tapıb. Abşeron rayon İcra Hakimiyyətinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciətindən sonra qəsəbəyə yeni iri tutumlu müasir avtobuslar gətirilib. Xəttə buraxilan Baku BUS avtobuslarının xidməti isə sakinlərin ürəyincədir.