Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov növbəti dəfə şəhər sakinlərini qəbul edib.
Denmedia.az xəbər verir ki, görüş zamanı vətəndaşların müraciətləri, şikayətləri və təklifləri dinlənilib.
Qəbula gələn sakinlər əsasən, torpaq və mülkiyyət məsələləri, eləcə də sosial problemlərlə bağlı müraciətlər səsləndiriblər.
Bələdiyyə sədri hər bir müraciətə diqqətlə yanaşaraq, aidiyyəti şöbələrə tapşırıqlar verib. Bildirib ki, vətəndaşların qaldırdığı məsələlərin həlli istiqamətində müvafiq işlər görüləcək və proses nəzarətdə saxlanılacaq.
Sumqayıt Bələdiyyəsi rəhbərliyi tərəfindən bu cür qəbulların mütəmadi olaraq keçirilməsi, şəhər sakinləri ilə birbaşa ünsiyyətin təmin olunması və problemlərin operativ həlli məqsədi daşıyır.