Daha bir mühüm yol layihəsi həyata keçirilir.
DenMedia.az Söhbət Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisindən gedir.
Alternativ yol Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
Ərazidə işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunur. Hazırda 4 körpü üzrə işlərin 90 faizi, 1 körpü üzrə 80 faizi, iki qovşaq körpüsü üzrə 76 faizi tamamlanıb. Digər qovşaqlarda isə işlər fərqli mərhələlərdədir. Eyni zamanda, 1 tunel tipli yol ötürücüsünün 85 faizi yerinə yetirilib. Yolun 3-cü və 19.5-ci kilometrlik hissələrində yerüstü piyada keçidlərinin inşası davam etdirilir. Bununla yanaşı, layihə üzrə 12 ədəd düzbucaqlı keçid, 28 ədəd dairəvi boru, drenaj və ehtiyat keçid borularının quraşdırılması işləri aparılır.
Hazırda yolun tikintisi altına düşən obyektlərin bir hissəsində söküntü işləri, kommunikasiya xətlərinin köçürülməsi və digər vacib tədbirlər həyata keçirilir. Ümumilikdə, layihə üzrə fiziki tərəqqi 51 faiz təşkil edir. Tikinti işləri “İnşaat Norma və Qaydaları”na əsasən, yüksək keyfiyyətlə aparılır.
Layihənin vaxtında və keyfiyyətlə tamamlanması üçün əraziyə lazımi texnika və işçi qüvvəsi səfərbər olunub. Yeni avtomobil yolu Abşeron yarımadasının şimal-şərqində yerləşən yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan şimal və qərb bölgələri ilə birbaşa əlaqəsini təmin edəcək.” Sürücülər görülüən işləri yüksək qiymətləndirsələrdə, lakin bəzi yol ötürücülərindən razı qalmadıqları deyirlər.
Yeni yolun istifadəyə verilməsi paytaxtın nəqliyyat yükünü azaldacaq, bölgələr arasında əlaqəni gücləndirəcək və hərəkət təhlükəsizliyini artıracaq.

