Yaxın üç gecə ərzində Günəş batdıqdan dərhal sonra səmada Ay, Yupiter və Veneranın yaxınlaşmasını müşahidə etmək mümkün olacaq.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Əgər yaxın üç gün ərzində, daha dəqiq desək, gecələr Günəş batandan dərhal sonra səmada nəsə görsəniz, gözəllikdən huşunuzu itirməyin. Bu, sadəcə Ay, Yupiter və Veneranın səmada bir araya gəlməsidir,— deyə məlumatda qeyd olunub.
Astronomlar bildiriblər ki, Ay, Yupiter və Venera Günəş batdıqdan dərhal sonra müşahidə edilə biləcək.

