İndoneziyanın Şərqi Yava əyalətinin Malang bölgəsi üzərində müşahidə olunan parlaq uçan obyekt sosial şəbəkələrdə narahatlıq yaradıb. Bu barədə RIA Novosti məlumat yayıb.
Yerli sakinlər əvvəlcə bunun raket buraxılışı və ya hətta hərbi raket ola biləcəyini düşünüblər.
Lakin rəsmi qurumlar bu versiyaları təkzib edib. İndoneziyanın Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi (BMKG) bildirib ki, müşahidə olunan obyekt böyük ehtimalla atmosferə daxil olaraq yanan kosmik raket qalıqlarıdır.
Qeyd olunub ki, səmada görünən bu effekt “kosmik meduza” adlanır. Bu hadisə raketin qaz tullantılarının günəş işığını əks etdirməsi nəticəsində uzanan parlaq iz formasında ortaya çıxır.

