Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Qarabağda Rusiyanın dəstəyi ilə uşaq bağçasının tikintisi layihəsi həyata keçirilir.
Onun sözlərinə görə, Qubadlı rayonunda Rusiya Federasiyasının Həştərxan vilayətinin dəstəyi ilə uşaq bağçası inşa olunur.
“Qubadlı rayonunda Rusiya Federasiyasının Həştərxan vilayətinin dəstəyi ilə uşaq bağçası tikilir”, deyə Qaluzin vurğulayıb.
O, həmçinin qeyd edib ki, bir sıra Rusiya sahibkarları Qarabağda layihələr həyata keçirmək imkanını nəzərdən keçirirlər.
Qaluzin Rusiya və Azərbaycan iş adamları arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

