Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar dayandırıldı.
Bunu Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin bildirib. Onun sözlərinə görə, proses hələlik “pauzaya qoyulub”.
“Hazırda əlavə heç nə deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, Dmitri Peskovun dediyi kimi — danışıqlar pauzadadır.”
Qaluzin vəziyyətin necə inkişaf edəcəyi ilə bağlı hər hansı proqnoz verməkdən imtina edib.

