Azərbaycanda ilk dəfə olaraq zəlzələ risklərinin milli modelləşdirilməsi həyata keçirilib. Nəticədə ölkənin müxtəlif regionları üzrə seysmik təhlükəyə dair ilkin xəritələr hazırlanıb.
Layihə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu tərəfindən, ixtisaslaşmış Türkiyə şirkətinin iştirakı ilə reallaşdırılıb.
Hazırlanan model ölkənin müxtəlif bölgələrində fərqli zaman kəsiklərində zəlzələ başvermə ehtimalını proqnozlaşdırmağa, həmçinin mümkün zəlzələlərin infrastruktura təsirini qiymətləndirməyə imkan verir.
Azərbaycan seysmik aktiv zonada yerləşdiyindən bu cür alətlərin tətbiqi maliyyə və sığorta sektorları üçün mühüm əhəmiyyət daşıyır.
Yeni model sığorta şirkətlərinə zəlzələ zamanı sığortalanmış əmlaka dəyə biləcək mümkün zərəri daha dəqiq qiymətləndirmək imkanı yaradacaq.
Əldə olunan məlumatlar və regional risklərin qiymətləndirilməsi əsasında sığortaçılar ölkənin hər bir regionu üçün seysmik təhlükə səviyyəsini nəzərə alan daha dəqiq tariflər hazırlaya biləcəklər.
Mütəxəssislərin fikrincə, yeni modelin tətbiqi maliyyə institutlarının fövqəladə hallara hazırlığını artıracaq və sığorta şirkətlərinə təbii fəlakətlər nəticəsində yarana biləcək zərərləri daha effektiv qiymətləndirməyə və qarşılamağa imkan verəcək.
Mövzu ilə bağlı DenMedia.az Xəzər Xəbərin materialını təqdim edir:

