Bakı metropoliteninin “28 May” stansiyasının birinci çıxışında yerləşən 3 saylı eskalator müvəqqəti olaraq istismardan çıxarılacaq.
Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, eskalator planlı texniki xidmət və yoxlama işləri ilə əlaqədar dayandırılacaq.
Məlumata görə, 2012-ci ildən istismar olunan Victoria FT-935 tipli eskalatorlarda təhlükəsiz və etibarlı fəaliyyətin təmin edilməsi məqsədilə növbəli şəkildə planlı texniki xidmət və təmir işləri aparılır.
Təmir müddətində sərnişinlərin rahat hərəkətini təmin etmək üçün həmin çıxışdakı digər üç eskalator fasiləsiz rejimdə işləyəcək.
Metropolitenin məlumatına əsasən, təmir işləri 10 iyuldan 1 avqustadək davam edəcək.

