Sumqayıt şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar İdarəsindən məlumat verilib.
Bildirilib ki, “Xəzər bağları” yaşayış massivində, avt məktəbinin binasının arxasında yerləşən 76 millimetr diametrli qaz kəmərində qaz sızması aşkarlanıb.
Nasazlığın aradan qaldırılması üçün ərazidə təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 12:00-dan etibarən həmin ərazidə yaşayan təxminən 800 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.

