Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Karyera və Psixologiya Mərkəzinin İSİM layihəsi çərçivəsində ibtidai sinif müəllimləri üçün keçirilən təlimlər davam edir. Fevralın 17-də Sumqayıt, Saray və Xırdalan məktəblərində çalışan müəllimlər üçün təlim təşkil olunub.
"Den.az" xəbər verir ki, keçirilən təlimlərdə ümumilikdə 800-dək ibtidai sinif müəllimi iştirak edib.
Karyera-psixologiya üzrə mütəxəssis, ABŞ-ın Milli Karyera İnkişafı Assossiasiyasının üzvü, DİM-in “Abituriyentin bələdçisi” kitabının və İSİM metodikasının müəllifi Samir Vəliyev ibtidai sinif şagirdlərinin düzgün inkişaf yolları barədə çox vacib məqamlara toxunub.
Xüsusilə günümüzün aktual mövzusu olan şagirdlərin dərslərə köklənə bilməməsi problemi, bu problemin səbəbləri və çıxış yolları göstərilib. Həmçinin şagirdlərin dərsləri daha yaxşı mənimsəməsi üçün effektiv üsullar barədə müəllimlərə əhəmiyyətli tövsiyyələr verilib.
Təlimi böyük maraqla qarşılayan ibtidai sinif müəllimləri bir çox mövzular barədə suallar verib və öz fikirlərini bölüşüblər.
Qeyd edək ki, İSİM layihəsində layihəsində aktiv iştirak edən müəllimlər Layihə müəllimi adını qazanırlar və onlar öz şagirdlərini İSİM metodikası ilə inkişaf etdirirlər.
Sumqayıt, Xırdalan və Saray ibtidai sinif müəllimləri üçün təlim keçirilib-FOTO/VİDEO
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.