30 
mar
2024
20:57
411

Qubadlı, Zəngilan, Laçın və Cəbrayıl müəllimləri üçün təlim keçirilib-FOTO /VİDEO

30 mar, 2024
20:57
411

Qubadlı, Zəngilan, Laçın və Cəbrayıl müəllimləri üçün təlim keçirilib-FOTO /VİDEO

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Karyera və Psixologiya Mərkəzinin İSİM layihəsi çərçivəsində müəllimlər üçün keçirilən təlimlər davam edir.

"Den.az" xəbər verir ki, növbəti təlim Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı, Zəngilan, Laçın və Cəbrayıl məktəblərinin ibtidai sinif müəllimləri üçün təşkil olunub.

Qubadlı rayon Çaytumas məktəb-liseyində baş tutan təlimin əsas mövzusu şagirdlərin dərslərə köklənməsinin artırılması və dərsləri daha yaxşı mənimsəməsinin təmin olunması olub.  

Təlimdə karyera-psixologiya üzrə mütəxəssis, ABŞ-ın Milli Karyera İnkişafı Assossiasiyasının üzvü, DİM-in “Abituriyentin bələdçisi” kitabının və İSİM metodikasının müəllifi Samir Vəliyev ibtidai sinif şagirdlərinin düzgün inkişaf yolları, şagirdlərin dərslərə köklənə bilməsi üçün hədəfin necə formalaşdırılması və digər məsələlər barədə praktiki yöntəmləri izah edib. 

Qeyd edək ki, İSİM layihəsində aktiv iştirak edən müəllimlər Layihə müəllimi adını qazanırlar və onlar öz şagirdlərini İSİM metodikası ilə inkişaf etdirirlər.

Şahnaz Əliyeva
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar