10 
mar
2024
22:44
7 881

Respublikanın müxtəlif təhsil müəssisələrində çalışan müəllimlər üçün növbəti təlim təşkil olunub-FOTOLAR

10 mar, 2024
22:44
7 881

Respublikanın müxtəlif təhsil müəssisələrində çalışan müəllimlər üçün növbəti təlim təşkil olunub-FOTOLAR

Müəllim elə mötəbər, elə aqil, elə kamil şəxsdir ki, biz hər birimiz öz övladlarımızın tərbiyəsini onlara etibar edirik.Müəllim gənc mütəxəssislərin şəxsiyyətini formalaşdırır, dünyagörüşünün təşəkkül etməsinə və inkişafına şərait yaradır.Buna görə də müəllimlər psixologiya elmini, xüsusilə ümumi, yaş, pedoqoji və sosial psixologiyanı mükəmməl bilməlidirlər.

Təhsildə idarəetmənin təkmilləşdirilməsi , müəllimlərin psixologiya və metodikanı daha yaxşı mənimsəməsi məqsədilə tədbirlər davam etdirilir.
"Den.az"  xəbər verir ki, müəllimlərin öz ixtisaslarını təkmilləşdirməsi məqsədilə keçirilən növbəti belə təlim " EDU Company " Təhsil Mərkəzinin Xalqlar filialında keçirilib.Təlimdə Respublikanın müxtəlif təhsil müəssisələrində çalışan müəllimlər yaxından iştirak ediblər.

" EDU Company " Təhsil Mərkəzinin təlimçi- müəllimləri Elgün Əhmədov, Təhminə Hüseynova və Zəhra Zamanova keçirilən təlimin əhəmiyyəti haqqında qeyd edərək vurğulayıblar ki, təşkil edilən belə təlimlərin əsas məqsədi müəllimin pedaqoji fəaliyyəti prosesində uşaqlara bilik, bacarıq və vərdişləri formalaşdırmaqla yanaşı, onlarda geniş elmi dünyagörüşü, əqidə və inam formalaşdırmaqdan, valideynlərlə necə düzgün və məqsədyönlü iş aparmağın vacibliyini öyrənməkdən ibarətdir.

Təlimçi-müəllim Elgün Əhmədov onu da əlavə edib ki, müəllimlərə dəstək məqsədilə belə təlimlər mütəmadi olaraq təşkil edilir.
Sonda təlimdə iştirak edən müəllimlərə sertifikatlar təqdim olunub.

Şahnaz Əliyeva
Den.az







Bizimlə əlaqə saxlayın

Çox oxunanlar