Suxumda hökumət binası qarşısına toplaşan etirazçılar Abxaziya liderinin istefasını tələb ediblər.
Den.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, etirazçılar Abxaziya lideri Aslan Bjaniyanın istefasını tələb ediblər.
“O, sülh yolu ilə getsin. Biz pəncərələri və qapıları sındırmaq istəmirik”, – aksiya iştirakçılarından biri deyib.
Parlamentin və prezident administrasiyasının girişləri təhlükəsizlik qüvvələri tərəfindən bağlanıb. Hazırda parlamentə soxulmağa cəsarət etməyən böyük bir etirazçı kütləsi toplaşıb.
Qeyd edək ki, Ali qanunverici orqan Rusiya ilə investisiyalar haqqında hökumətlərarası sazişin ratifikasiyası məsələsinə baxmalı idi. Lakin deputatların qərarı ilə iclas ləğv olunub.
Bu arada Rusiya Xarici İşlər Nazirliyi Abxaziyada baş verənlərə münasibət bildirib.
“Rusiya Suxumda baş verənlərdən narahatdır və böhranın dinc siyasi yolla həllinə ümid edir. Rusiya daxili siyasi ziddiyyətlərin yenidən kəskinləşdiyi Abxaziyada baş verənləri narahatlıqla izləyir. Təəssüf ki, ölkənin qanuni hakimiyyəti ilə fikir ayrılıqlarını sivil və qarşılıqlı hörmət əsasında həll etməyə çalışmırlar. Münaqişənin gərginləşməsinə səbəb olan hüquqi çərçivədən kənara çıxırlar. Abxaziyada ölkənin inkişafını ləngidən böhranlı vəziyyət yaranıb və belə ssenarilər xarici sərmayənin cəlb edilməsinə maneə yaradır. Bu da sosial-iqtisadi dirçəlişə mənfi təsir göstərir”, – deyə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova vurğulayıb.
Günəş Fərəh
Den.az
"Biz pəncərələri və qapıları sındırmaq istəmirik” - Etirazçılar

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.