Qondarma Abxaziyada hakimiyyəti ələ keçirən şəxslərin Rusiya vətəndaşlığı ləğv olunur.
Moskva de-fakto qondarma respublikanın prezidentliyinə namizəd Levan Mikaanı Rusiya vətəndaşlığından məhrum edib.
Bir həftə öncə isə qondarma parlamentin deputatı Kana Kvarçiayaya qarşı bənzər addım atılıb.
Den.az xəbər verir ki, Gürcüstan mətbuatına açıqlama verən politoloq müxalif siyasətçilərin vətəndaşlığının ard-arda əlindən alınmasını Moskvanın təzyiq vasitəsi adlandırıblar. İndiyə qədər Rusiya vətəndaşlığı ləğv edilən abxaz siyasətçilərinin sayı 5 nəfərdir. Onların hamısı 2024-cü ildə qondarma rejimdəki hakimiyyət dəyişikliyində aktiv iştirak ediblər.
Qondaram rejimdə de-fakto prezident öhdəliklərini icra edən Valeri Bqanba isə yaranan vəziyyətlə bağlı araşdırma aparılmasını tapşırıb. Bununla belə siyasətçilərin vətəndaşlığının ləğvindən sonra onların Rusiya ərazisinə girişinin də qadağan olunması nəzərdə tutulub.
Qeyd edək ki, Abxaziyada müxalifət hakimiyyətə gəldikdən sonra Rusiya ilə vəziyyət gərginləşib. Qondarma respublikanın sakinlərinin hazırda xaricə yeganə çıxış yolu məhv Rusiya pasportları vasitəsilədir.
Rusiya bu şəxslərin vətəndaşlığını ləğv edir

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.