“Zurabişvili Mixail Kavelaşvilinin ölkə rəhbəri seçilməsini tanımasa da, prezident sarayını tərk etməlidir”.
Den.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
O bildirib ki, yeni prezidentin andiçmə mərasimi iki həftədən sonra keçiriləcək. Ona görə də, Zurabişvili postunu tərk etməli olacaq.
Məlumat üçün bildirək ki, Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək. Qanuna əsasən həmin vaxt Zurabişvili öz iqamətgahını yeni dövlət başçısına təhvil verməlidir. Ancaq Salome Zurabişvili bu addımı atmayacağını bəyan edib.
Günəş Fərəh
Den.az
“Zurabişvili Kavelaşvilinin ölkə rəhbəri seçilməsini tanımasa da, prezident sarayını tərk etməlidir” - Kobaxidze

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.