Avropa Parlamentində çıxışı zamanı Salome Zurabişvili Gürcüstanda yeni seçkilərin keçirilməsinin və Avropa İttifaqından daha fəal dəstəyin zəruriliyini bəyan edib.
Den.az xəbər verir ki, Zurabişvili çıxışı zamanı parlament seçkiləriin geniş miqyasda saxtalaşdırıldığını bəyan edib.
Siyasətçi hakim “Gürcü Arzusu” partiyasını Mərkəzi Seçki Komissiyasına tam nəzarət etməkdə günahlandırıb. Onun sözlərinə görə, bu, Avropa İttifaqının tövsiyələrinə məhəl qoymamaqla mümkün olub.
Zurabişvili baş nazir İrakli Kobaxidzenin Aİ-yə inteqrasiya prosesini dayandırmaq barədə birtərəfli qərarını tənqid edib və bunu Konstitusiyanın pozulması və Gürcüstanın Avropaya gedən yolunu bağlamaq kimi dəyərləndirib.
Salome Zurabişvili bəyan edib ki, bugünkü seçkilərin legitimliyini tanımır. O, ölkə prezidenti vəzifəsindən istefa vermək və səlahiyyətləri Kavelaşviliyə ötürmək niyyətində olmadığını açıqlayıb.
Günəş Fərəh
Den.az
Parlament seçkiləri geniş miqyasda saxtalaşdırılıb - Zurabişvili

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.