Litva Rusiya, Belarus və Çin vətəndaşlarının hərbi xidmətə qəbulunu qadağan edib.
Den.az xəbər verir ki, bu barədə Litva parlamenti qərar verib.
Məlumata görə, Müdafiə departamentinin təşəbbüsü parlamentin növbəti plenar iclasında bəyənilib.
Litva qeyri-dost ölkələrin siyahısına bu ilin yanvarından Belarus, Çin və Rusiyanı da əlavə edib.
Qeyd edək ki, Litva ordusunda 20 minə yaxın əsgər xidmət edir. Litva Atıcılar İttifaqının üzvlərinin sayı isə 16 min nəfərdir. Bu, 100 ildən çoxdur yaradılan ittifaqın tarixində ən maksimum rəqəmdir. Son il yarım ərzində 2 minə yaxın insan tüfəngçi olmaq üçün qeydiyyatdan keçib.
Günəş Fərəh
Den.az
Litva Rusiya, Belarus və Çin vətəndaşlarının hərbi xidmətə qəbulunu qadağan edib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.