Rusiyanın Tula vilayətində çimərlikdə ildırım vurması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Den.az xəbər verir ki, ildırım vurması Oka çayı üzərindəki Şaxtyor pansionatında baş verib.
Çayda insanlar olan zaman ildırım düşüb.
Təcili yardım gələnə kimi 3 nəfər yerindəcə keçinib, qalanları xəstəxanaya yerləşdirilib.Globalinfo.az