İranın qərbindəki Kirmanşah əyalətində ildırım vurması nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.
Den.az xəbər verir ki, bu barədə əyalətin fövqəladə halların idarə olunması təşkilatının rəhbəri Əlirza Heydəri "Tasnim" agentliyinə müsahibəsində bildirib.
O bildirib ki, ildırım vurma əyalətin iki müxtəlif bölgəsində qeydə alınıb.
Xəsarət alanlara tibbi yardım göstərilib.