DenMedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa İttifaqında dondurulmuş Rusiya aktivlərinin Ukraynaya kredit kimi verilməsi məsələsinin müzakirəsində iştirak etmir.
“Bu barədə Avropa İttifaqına sual verməlisiniz, mən bu prosesə cəlb olunmamışam,” – deyə Tramp bazar ertəsi jurnalistlərə təyyarədə verdiyi açıqlamada bildirib.

