ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsindəki səhifəsində bildirib ki, şatdaun (hökumətin fəaliyyətinin müvəqqəti dayandırılması) səbəbindən Ağ Evin amerikalılar üçün Əlavə Qida Yardımı Proqramına (SNAP) vəsait ayırmaq üçün qanuni səlahiyyəti yoxdur. O əlavə edib ki, hüquqşünaslara mümkün qədər tez məhkəməyə müraciət edib proqramın qanuni şəkildə necə maliyyələşdirilə biləcəyinə dair izah almağı tapşırıb. “Bu proses onsuz da çox uzandı, çünki demokratlar hökuməti aylıq ödəniş müddəti bitənədək bağlı saxladılar. Buna görə də, hətta biz dərhal göstəriş alsaq belə, təəssüf ki, ödənişlər ştatlara vəsait ayrılanadək təxirə salınacaq,” — deyə Tramp bildirib. Prezidentin sözlərinə görə, məhkəmə Ağ Evə bununla bağlı hüquqi icazə verərsə, o, bu proqramın maliyyələşdirilməsini təmin etməyi şərəf sayacağını vurğulayıb. Tramp qeyd edib ki, bu, ABŞ ordusu və hüquq-mühafizə orqanlarının əməkhaqqı ödənişlərində olduğu kimi həyata keçiriləcək.
Tramp məhkəməyə üz tutur: aclıqla bağlı ödənişlər niyə dondurulub?
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

