ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbət zamanı zarafat edərək bildirib ki, 6G şəbəkələri dərinin altını belə “görə biləcək”.
“Mən 5G-nin pioneri idim, indi isə 6G. Bu nə verir? Bir az da dərinin altına baxmaq imkanı? Mən əvvəlki kameraları daha çox bəyənirdim”, — deyə Tramp bildirib.
Onun sözlərinə görə, altıncı nəsildən sonra daha yenisi gələcək.
“Altıncı nəsil gəlir və yaşlanmağa belə vaxt tapmayacaq — hamı 7G-dən danışacaq”, — Tramp deyib.
Prezident əlavə edib ki, qarşıdakı həftəsonu ABŞ Ukrayna münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə etmək üçün Avropada keçirilə biləcək görüşdə iştirak edə bilər.

