ABŞ prezidenti Donald Trump bildirib ki, onun həyat yoldaşı, ABŞ-ın birinci xanımı Melania Trump ona rəqs etməyi qadağan edir. Bu açıqlamanın videosunu Fox News öz Instagram hesabında paylaşıb.
ABŞ liderinin sözlərinə görə, Melaniya onun rəqs etməsindən nifrət edir və ona belə deyir:
“Əzizim, bu, prezidentə yaraşmır”.
Həyat yoldaşının sözlərini sitat gətirən Donald Tramp onun narazılığını təsvir etmək üçün dişlərini bərk sıxıb.
O, bu qeyri-adi qadağanı onunla izah edib ki, Melaniya çox sərt və zərif bir qadındır. Bununla yanaşı, Donald etiraf edib ki, onun bu arqumentini qəbul edə bilmir, çünki artıq prezident olub.

