ABŞ Venesuelada hərbi əməliyyata başlamazdan əvvəl ölkə prezidenti Nicolás Maduroya “dünyanın istənilən nöqtəsinə uçmağı” təklif edib.
DenMedia.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan TRT Haber-ə açıqlamasında bildirib.
Fidanın sözlərinə görə, əks halda Venesuelaya qarşı hərbi əməliyyat barədə xəbərdarlıq edilib. O vurğulayıb ki, Maduro Ankaraya ölkədə sığınacaq verilməsi ilə bağlı heç bir müraciət etməyib.
“Əks halda hərbi əməliyyat olacağı bildirilmişdi. Bizə nə Madurodan, nə də başqa ölkələrdən belə bir müraciət daxil olub. Belə sorğular almamışıq”, — deyə Fidan qeyd edib.

