Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfər edəcək.
“Den.az” xəbər verir ki, bu barədə Türkiyə XİN-dəki mənbələr məlumat yayıb.
Səfərin mayın 26-27-də baş tutacağı bildirilir.
Səfər çərçivəsində o, Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul olunacaq.
Bundan əlavə, H. Fidanın Putinin köməkçisi Vladimir Medinski, Müdafiə Nazirliyinin rəhbəri Andrey Belousov və digər yüksək rütbəli məmurlarla görüşü planlaşdırılır.