ABŞ administrasiyası Böyük Britaniyada yaşayan yəhudilərə ölkədə antisemitizm hallarının artması fonunda sığınacaq verilməsi imkanını nəzərdən keçirir.
Bu barədə The Telegraph qəzeti ABŞ prezidenti Donald Trampın şəxsi vəkili Robert Garsona istinadla məlumat yayıb.
Garsonun sözlərinə görə, Tramp administrasiyası bu məsələni ABŞ Dövlət Departamenti ilə müzakirə edir. Mançesterdə anadan olmuş Garson bildirib ki, Böyük Britaniya artıq yəhudilər üçün təhlükəsiz ölkə sayılmır və onların bu ölkədə gələcəyi yoxdur.
O, Britaniyada antisemitizmin yayılmasına görə məsuliyyəti Böyük Britaniyanın baş naziri Kir Starmerin üzərinə qoyub.

