Böyük Britaniyanın Baş naziri Kir Starmer könüllü şəkildə vəzifəsini tərk etməyi planlaşdırır. Bu barədə Daily Mail köşə yazarı Den Hoces Britaniya hökumətindəki mənbələrə istinadən yazıb.
Onun sözlərinə görə, Baş nazir artıq bu niyyətini yaxın dostları ilə bölüşüb.
Adı açıqlanmayan kabinet üzvlərindən biri Hoceslə söhbətində bildirib ki, hökumət başçısı mövcud siyasi vəziyyəti anlayır. Bununla yanaşı, qeyd olunur ki, Starmer vəzifədən “ləyaqətlə” getmək niyyətindədir.
Rəsmi açıqlamanın nə vaxt veriləcəyi isə hələlik məlum deyil.

