Böyük Britaniyanın baş naziri Kir Starmer yaxın bir həftə ərzində istefaya getməyə məcbur qala bilər. Bu barədə Bloomberg agentliyi hakim Leyborist Partiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, bu iddialara səbəb Piter Mandelsonun Böyük Britaniyanın ABŞ-dakı səfiri vəzifəsinə təyin olunması ətrafında yaranan qalmaqaldır. Bildirilir ki, Mandelson pedofiliya ittihamı ilə tanınan amerikalı maliyyəçi Ceffri Epşteynlə yaxın münasibətlərdə olub.
Qalmaqal artıq siyasi nəticələr doğurub. Belə ki, Britaniya baş nazirinin aparat rəhbəri Morqan Maksuini 8 fevral tarixində vəzifəsindən istefa verib.

