DenMedia.az “Sky News” telekanalına istinadən bildirir ki , Böyük Britaniyanın hazırkı Baş naziri Kir Starmerin reytinqi sosial sorğular tarixində ən aşağı səviyyəyə enib.
Belə ki, respondentlərin cəmi 13 faizi Starmerin fəaliyyətindən razı qaldığını bildirib. Eyni zamanda, iştirakçıların 79 faizi onun nəticələrindən narazı olduğunu qeyd edib.
Nəticədə, Britaniyanın baş nazirinin hazırkı mənfi reytinqi -66 bənd təşkil edib. Bu göstərici Britaniya hökuməti rəhbərləri arasında ölçülmüş bütün mənfi reytinqlərdən yüksəkdir.
Əvvəlki antirekord 2024-cü ilin aprelində keçmiş baş nazir Rişi Sunakın -59 bəndlik reytinqi olmuşdu. Ondan sonra Liz Trass (oktyabr 2022), Boris Conson (iyun 2022) və Tereza Mey (iyun 2019) gəlirlər.
Leyboristlər Partiyasının reytinqi də vəziyyəti yaxşılaşdırmır. Əgər bu gün parlament seçkiləri keçirilsəydi, partiyanı sadəcə 22% britaniyalı dəstəkləyərdi.