Fransa hökumətində nazirlərin müşavirləri və köməkçiləri, ölkədəki siyasi böhran fonunda vəzifələrini tərk edib özəl sektora keçməyə çalışırlar. DenMedia.az xəbər verir ki, bu barədə The Financial Times (FT) qəzetinə istinadən məlumat verilib.
Məqalədə qeyd olunur ki, prezident Emmanuel Makronun komandasında bu həftə “kədərli əhval-ruhiyyə” hökm sürüb. Buna səbəb baş nazir Sebasten Lekornunun istefası olub.
“Nazirlər kabinetindəki köməkçilər və müşavirlər artıq CV-lərini göndərərək özəl sektorda iş axtarırlar.”
— The Financial Times-a danışan mənbə
FT-nin məlumatına görə, Fransadakı siyasi böhran 2024-cü ildə parlamentin aşağı palatasının buraxılması ilə başlayıb. Mənbələr bu addımı belə dəyərləndiriblər:
“Bu, ağılsız və əsəbləşdirici qərar idi.”
Hökumət o zaman bu addımı sağ qüvvələrin qarşısını almaq məqsədilə əsaslandırmışdı, lakin son dövrlərdə, mənbənin sözlərinə görə,
“O enerji tamamilə tükənib.”