ABŞ məhkəməsi Prezident Donald Tramp administrasiyasının Ağ Evdə bal zalı tikintisi ilə bağlı addımlarını dayandırmaq səlahiyyətinə malik deyil.
Bu barədə Politico yazır. Məlumata görə, ABŞ Ədliyyə Nazirliyinin hüquqşünası Yaakov Rot apellyasiya dinləmələri zamanı bildirib ki, layihə artıq çox irəliləyib və milli təhlükəsizlik maraqlarına toxunur.
Hakim Patrisiya Millett Rotdan soruşub ki, Ağ Evin mövqeyi hökumətin mübahisəli layihəni sürətlə həyata keçirib onu “baş tutmuş fakt”a çevirməsi halında məhkəmələrin müdaxilə edə bilməyəcəyi anlamına gəlirmi.
Hakim sualını belə qoyub:
“Əgər hökumət Azadlıq heykəlini çox sürətlə buldozerlə sökmək qərarına gəlsə, heç nə etmək mümkün olmayacaq?”
Rot bu suala müsbət cavab verib.

